Əsgərliyə son yaş həddi 30-a endirilir
13 Dekabr 2024
20:03 - 22 Noyabr 2024
BMT-nin Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizənin və iqlim ədalətinin təmin olunmasının beynəlxalq əməkdaşlıqla mümkün olduğunu vurğulayıb.
Manset.az xəbər verir ki, o, bu fikirləri "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.
Baş katib bildirib ki, Paris Sazişinə əsaslanan beynəlxalq əməkdaşlıq iqlim fəaliyyətləri üçün vacibdir. Geosiyasi fikir ayrılıqlarına baxmayaraq, ölkələr COP29 çərçivəsində birləşməli və iqlim ədalətini təmin etmək məqsədilə həmrəylik nümayiş etdirməlidir. Bu, bəşəriyyət üçün daha yaxşı bir gələcək qurmağa kömək edəcək.
Həmçinin, COP29 təşkilatçıları bu gün yaydıqları bəyanatda, iqlim maliyyələşməsinin illik 250 milyard dollara yüksəldilməsi təklifini irəli sürüblər.
Bəyanata əsasən, yeni kollektiv kəmiyyət hədəfi çərçivəsində, inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər iqlim tədbirlərinə ayrılacaq maliyyənin illik 1,3 trilyon ABŞ dollarına çatdırılması məqsədilə birgə əməkdaşlıq çağırışı edilir.
Bundan başqa, inkişaf etmiş ölkələrin təkliflərinə uyğun olaraq, qərar inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüslərini dəstəkləmək məqsədilə, illik 100 milyard ABŞ dollarından 2035-ci ilə qədər 250 milyard ABŞ dollarına qədər artımın həyata keçirilməsini nəzərdə tutur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin