"Rəhbər şəxslərə siyasi etimadla yanaşı, böyük resurslar da həvalə edilir" - Kamal Cəfərov

13:56 - 26 Noyabr 2024

"Dövlət büdcəsindən məqsədinəuyğun və şəffaf istifadə Prezidentə sədaqətin əsas şərtlərindədir".

 

Manset.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında qeyd edib.

O, bildirib ki, dövlət büdcəsindən məqsədinəuyğun, səmərəli və dürüst istifadə təkcə qanunlarımızın tələbi deyil, bu həm də Cənab Prezident İlham Əliyevə sədaqətin əsas şərtlərindəndir:

“Ölkəmizdə korrupsiyaya qarşı mübarizə üzrə güclü siyasi iradə var, Azərbaycan Prezidentinin vəzifəli şəxslər qarşısında qoyduğu tələblər də aydındır. Hər bir hökumət üzvü siyasi idarəetməni təmsil edir. Həmin rəhbər şəxslərə siyasi etimadla yanaşı, böyük resurslar da həvalə edilir. Ona görə vəzifəli şəxs fəaliyyətində həmişə dövlət maraqlarını şəxsi maraqlarından üstün tutmalı, rəhbərlik etdiyi qurum vətəndaşlarla düzgün kommunikasiya modeli seçməli, onları narahat edən problemlərin çevik həllinə nail olmalı, dövlət qurumuna və siyasi idarəetməyə olan ictimai etimadı daha da gücləndirməlidir.

Nəzərə almaq lazımdır ki, dövlət büdcəsindən məqsədinəuyğun, səmərəli və dürüst istifadə təkcə qanunlarımızın tələbi deyil, bu həm də Cənab Prezident İlham Əliyevə sədaqətin əsas şərtlərindəndir.

Mən əminəm ki, Azərbaycan Hökumət üzvləri bu məsuliyyəti tam anlayır, yeni reallığı və çağımızın ideyasını başa düşür və 2025-ci il dövlət büdcəsini də eyni peşəkarlıq, qətiyyət və sədaqətlə icra edəcəklər” – deyə K.Cəfərov bildirib.


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin