Acun Ilıcalı keçmiş futbolçu Mert Nobrenin Survivor 2026 Celebrities - All-Star heyətinə qatıldığını açıqlayıb. Yeni mövsümdə Nobre ilə yanaşı, Bayhan, Dilan Çıtak və Keremcem də yarışacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Survivor 2026 "Celebrities - All-Star" heyətinə daha bir ad əlavə edildi. Acun Ilıcalı sosial media hesabında keçmiş futbolçu Mert Nobrenin yeni mövsümdə yarışmaçılar arasında olacağını açıqlayıb.