"Təhsil xərcləri kifayət qədər təminat alır" - Sahil Babayev

11:56 - 04 Noyabr 2025

\"Təhsil xərcləri kifayət qədər təminat alır\" - Sahil Babayev

“Azərbaycanda təhsil xərcləri bizim Ümumi Daxili Məhsulumuzun (ÜDM) 3,7 faizi kimi qiymətləndirilir. Dünya ortalamasında bu rəqəm 3,5 faizdir”. 

Manset.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat siyasət, sənayə və sahibkarlıq komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev bildirib. 

“Təhsil xərclərinin büdcədə xüsusi çəkisinə baxdıqda görürük ki, büdcəmizdə təhsil xərclərinin xüsusi çəkisi 12 faizdir. Dünya ortalamasında bu rəqəm 10 faizdir, postsovet ölkələrdə isə 9 faiz”. 

Nazir bildirib ki, Azərbaycan təhsil xərcləri üzrə büdcədən kifayət qədər təminat alıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az