Bu ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan edildi

22:37 - 28 Noyabr 2024

Bu ölkədə uşaqların sosial şəbəkələrə girişi qadağan edildi

Avstraliya parlamenti noyabrın 28-də 16 yaşından kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatdan keçməsini qadağan edən qanun layihəsini qəbul edib.

 

Manset.az  xarici mediaya istinadən xəbər verir ki, bu, dünyada ilk belə qanun olaraq tarixə düşüb.

Qanun yalnız yeni qeydiyyatları əhatə edir, messencerlər və onlayn oyunlar isə istisna olunur. Sosial şəbəkə operatorları, yaş məhdudiyyətinə riayət etmədikdə 50 milyon Avstraliya dolları cərimə ilə üzləşəcək.

Qanun 2025-ci ilin sonunda tam qüvvəyə minəcək.


Xəbər xətti

13 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin