“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
14 Yanvar 2025
22:40 - 10 Dekabr 2024
Quba şəhəri, Vaqif küçəsində avtoqəzada ağır xəsarətlər alan sürücü Qusar Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Manset.az xəbər verir ki, 3 gün öncə Quba şəhərində minik avtomobillərinin toqquşması nəticəsində Quba rayonunun Küpçal kənd sakini, 23 yaşlı Teymur Quliyev ağır xəsarətlər alıb.
O, öncə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan ilkin tibbi yardımdan sonra Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müvafiq tibbi yardım göstərilsə də, T.Quliyevi həyatda saxlamaq mümkün olmayıb. O, müalicə aldığı Travmatologiya Şöbəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin