Samir Şərifova yeni vəzifə verildi

15:18 - 23 Yanvar 2025

Samir Şərifova yeni vəzifə verildi

"Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri dəyişib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov olacaq.

İndiyə qədər bu vəzifədə Əli Əhmədov idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az