Lukaşenko seçkilərdə qalib gəldi

22:08 - 26 Yanvar 2025

Lukaşenko seçkilərdə qalib gəldi

Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, ölkənin hazırkı prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib.

 

Manset.az xəbər verir ki, exit-poll 300-dən çox seçki məntəqəsində, iri şəhərlərdə və kənd yerlərində keçirilib.

 

İlkin nəticələrə görə, Lukaşenko 7-ci dəfə ölkənin prezidenti olub.

 

Qeyd edək ki, Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkilərində səs verib, seçkilər baş tutub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az