Bakıda bu məhsul marketlərdən YIĞIŞDIRILIR

22:40 - 6 Fevral 2025

Bakıda bu məhsul marketlərdən YIĞIŞDIRILIR

Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.

 

Manset.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Belə ki, fiziki şəxs Məmməd Adil oğlu Mənsimovun İrandan idxal etdiyi "Behnam Kar Azar Bilasavar Co" şirkətinin istehsalı olan "Morvarid" əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində "İlğım" əmtəə nişanı ilə "Himalay duzu" adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin