Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı - Həbslər var
16 Mart 2025
12:10 - 12 Fevral 2025
Bu gün, fevralın 12-də daha bir amerikalı azad ediləcək.
Manset.az xəbər verir ki, bunu bir gün əvvəl, Moskva tərəfindən Vaşinqtona təhvil verən Mark Vogellə görüşdə ABŞ prezidenti Donald Tramp bildirib.
Məlumata görə, Tramp məhbusla bağlı heç bir təfərrüat verməyib.
Mark Vogel Amerika səfirliyinin əməkdaşı idi, sonra Moskvadakı Anglo-Amerika məktəbində müəllim işləmişdir. 2021-ci ildə Şeremetyevo hava limanında saxlanılıb. 2022-ci ilin iyununda Mark Vogel qaçaqmalçılıq və narkotik ticarətində təqsirli bilinərək, 14 il cəza çəkib. Müdafiə tərəfi səhhətində yaranan problemləri əsas gətirərək onun azadlığa buraxılmasını istəyib.
Donald Tramp Mark Fogelin azad edilməsini şərh edərkən qeyd edib ki, ABŞ Rusiya Federasiyası ilə əməkdaşlıqda böyük irəliləyiş əldə edə bilib. Onun sözlərinə görə, Moskvanın qərarı Ukraynada hərbi əməliyyatların dayandırılmasında çox vacib elementə çevrilə bilər. Rusiya rəsmiləri hələlik bu məsələyə münasibət bildirməyiblər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin