"Rusiya Münhen konfransında iştirak etməyəcək" - Zaxarova

15:23 - 14 Fevral 2025

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə günü keçirdiyi brifinqdə bildirib ki, Rusiya rəsmiləri Münhen Təhlükəsizlik Konfransında iştirak etməyəcəklər.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, diplomat qeyd edib ki, onlara Münhenə dəvət göndərilməyib.

“Bildiyiniz kimi, Rusiya rəsmiləri Siyasi və Təhlükəsizlik Məsələləri üzrə Münhen Konfransına dəvət edilmir. Bu qərar bir neçə il əvvəl qəbul edilib".

O, bu qərarı “qəribə” və “siyasiləşdirilmiş” adlandıraraq, Münhendə nə Xarici İşlər Nazirliyinin, nə də Rusiyanın digər rəsmi strukturlarının nümayəndələrinin olmayacağını qeyd edib.

"Bunu sizə əminliklə deyə bilərəm".


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin