İstanbul Prokurorluğunun PKK/KCK terror təşkilatına qarşı keçirdiyi əməliyyatda İstanbul və 9 vilayətdə 52 şübhəli saxlanılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PKK/KCK terror təşkilatına qarşı aparılan istintaq çərçivəsində İstanbulda fəaliyyət göstərdiyi iddia edilən 60 şübhəli müəyyən edilib.
Müəyyən edilən şübhəlilərin şəxsiyyətinin müəyyən edilməsi üçün İstanbul və daha 9 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 52 şübhəli yaxalanaraq saxlanılıb. Qaçan şübhəlilərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.