Yük maşını yaşlı qadını vurdu

15:14 - 13 Dekabr 2025

Yük maşını yaşlı qadını vurdu

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan yük avtomobili yolun qarşı tərəfinə keçmək istəyən 1966-cı il təvəllüdlü R. Məmmədovanı vurub.

    Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qəzada ölən piyadanın kimliyi dəqiqləşdirilir.

    İlkin məlumata görə, piyadanı vuran yük avtomobili Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinə məxsusdur.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az