“Location”dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu 

10:00 - 13 Dekabr 2025

“Location”dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu 

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib.


Manset.az xəbər verir ki, Qafqazinfo-nun əldə etdiyi məlumata görə, məhkəmə məhkumun ərizəsini təmin edib.

O.Səfərlinin cəzasının qalan 1 il 2 aylıq hissəsi şərti hesab edilib.

Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.

Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdilər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az