Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" adlı bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.
Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.
Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.
Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.
Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.
Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
"Cənnət yuxusu" filminin premyerası keçirildi - FOTOLAR
10:42 - 12 Mart 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
01 Noyabr 2025 - 22:14
Röya konsertində "Qalatasaray"ın oyununu izləyən fanatına görün nə etdi - VİDEO
01 Noyabr 2025 - 20:58
Sabah Nilüfərin konsertidir - Biletlər bitir
01 Noyabr 2025 - 15:38
Bəhram Bağırzadədən izləyicilərinə xəbərdarlıq
31 Oktyabr 2025 - 21:28
“Arşın mal alan”ın Vyanada növbəti təntənəsi - FOTOLAR
31 Oktyabr 2025 - 18:43
"Oğlum ailəsi ilə hara gedirsə, məndən icazə almalıdırlar" - Xatun
31 Oktyabr 2025 - 18:22
Mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul etdi - FOTOLAR
31 Oktyabr 2025 - 12:45
“Yarımçıq qalmış ömür” sərgisi açıldı - FOTOLAR
31 Oktyabr 2025 - 11:05
“Azərbaycan kinosu yeni mərhələdədir” - Elxan Cəfərov
31 Oktyabr 2025 - 09:52
Məşhur aktrisanın qazancı ŞOK etdi
31 Oktyabr 2025 - 09:16
Bakıda məşhur müğənni arıqlamaq üçün sirkə içdi - Xəstəxanalıq oldu
30 Oktyabr 2025 - 19:58
Çingiz Mustafayevin vaxtilə yaşadığı ev söküləcək? - AÇIQLAMA
30 Oktyabr 2025 - 18:16
Məşhur dirijor xəstəxanaya yerləşdirildi
Xəbər xətti
- 01 Noyabr 2025
- 23:54 Tramp və Əhməd Əl Şaraa Ağ Evdə görüşəcək
- 23:49 Bitkoinin qiyməti artdı
- 23:32 Tərtər sakini döyülərək öldürüldü
- 23:14 "Qalatasaray" "Trabzonspor"u məğlub edə bilmədi
- 22:52 Daha bir cüdoçumuz qızıl medal qazandı
- 22:35 Azərbaycanlı həkim Türkiyədə vəfat etdi
- 22:14 Röya konsertində "Qalatasaray"ın oyununu izləyən fanatına görün nə etdi - VİDEO
- 21:56 Şəmkirdə binada YANĞIN - YENİLƏNİB
- 21:47 Bu məktəbdə dərslər dəhlizdə keçirilir - VİDEO
- 21:42 Bakıda ev YANDI - YENİLƏNİB
- 21:20 Maşın işıq dirəyinə çırpılaraq aşdı - Sumqayıtda QƏZA
- 20:58 Sabah Nilüfərin konsertidir - Biletlər bitir
- 20:48 Bakıda küçə itinə yemək verən qadın DÖYÜLDÜ
- 20:32 İsrail səfirindən Qarabağ paylaşımı
- 20:14 Ermənistan məktəblərində Azərbaycan dili tədris olunacaq
- 19:54 Son bir ildə Türkiyədən Suriyaya qayıdanların SAYI
- 19:38 "Neftçi" qələbə qazandı - Abubakar yenə qol vurdu
- 19:22 Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarıldı
- 18:56 SON DƏQİQƏ! Azərbaycanda zəlzələ oldu
- 18:49 Vyetnamda daşqınlar 28 can aldı
- 18:37 Moskvada miqrantlar üçün patent haqqı artdı
- 18:19 Ramiz Mehdiyevin "qara kassası" üzə çıxdı - Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR
- 17:54 İran-İraq sərhədində güclü zəlzələ oldu
- 17:41 Evdən gənc oğlanın meyiti tapıldı - Tovuzda DƏHŞƏT
- 17:23 Hikmət Hacıyev Zəngəzur dəhlizindən foto PAYLAŞDI
- 17:14 Azərbaycanda nazir və daha bir yüksək vəzifəli şəxs işdən çıxarılacaq
- 16:57 Sahibə Qafarova Misirdədir - FOTO
- 16:44 Naxçıvanda polis əməliyyat keçirdi: Saxlanılanlar var - FOTO
- 16:31 "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
- 16:11 Türkiyədə Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən kurs başa çatdı - FOTO
- 15:51 Qırğızıstanda məktəbdə 58 nəfər zəhərləndi
- 15:38 Bəhram Bağırzadədən izləyicilərinə xəbərdarlıq
- 15:21 Vəkillər Kollegiyasının sədr müavini beynəlxalq konfransda çıxış etdi - FOTOLAR
- 14:59 ABŞ-də partlayış - Yaralılar var
- 14:42 Tbilisidə son beş gündə 29 etirazçı saxlanılıb
- 14:28 Amil Yusifov Qazaxıstanın “Hörmət” ordeni ilə təltif edildi - FOTO
- 14:09 Bakı metrosunda YENİLİK
- 14:00 Rusiya Ukraynanı “İsgəndər” raketi ilə vurdu
- 13:51 Allahşükür Paşazadə Roma Papası ilə görüşdü - FOTOLAR
- 13:38 Putindən İradə Zeynalova ilə bağlı FƏRMAN
- 13:31 Meyitdən ürək köçürülən 21 yaşlı oğlanın atası DANIŞDI
- 13:28 Vilayət Eyvazov Kürdəmirdə sıra baxışı keçirdi - VİDEO/FOTO
- 13:17 Bazar günün HAVASI
- 13:01 Türkiyənin tanınmış aktyoru vəfat etdi - FOTO
- 12:50 Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
- 12:36 Azərbaycanda bu şəxslər üçün 10 milyon manatdan çox pul ayrılacaq
- 12:20 Noyabrda 12 gün iş olmayacaq
- 11:59 Verilişin adından 100 manatlıq saxtakarlıq - VİDEO
- 11:45 Bakıda hərbi parada hazırlıq başlayıb - VİDEO
- 11:38 Sərhəddə 8,2 milyon manatlıq qaçaqmal əməliyyatı
- 11:23 “Çelsi”dən “Qarabağ”a BİLDİRİŞ