Ukrayna və Niderland XİN rəhbərləri müzakirə apardılar

20:49 - 30 Yanvar 2026

Ukrayna və Niderland XİN rəhbərləri müzakirə apardılar

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Niderlandın xarici işlər naziri David van Veel ilə telefon danışığı aparıb.


Manset.az xəbər verir ki, bu barədə Andriy Sibiqa “X” sosial şəbəkə hesabında məlumat yayıb.

    Nazir Niderland tərəfinin Ukraynaya qəti dəstəyini, o cümlədən 2029-cu ilə qədər hər il 3 milyard avro məbləğində hərbi yardım göstərməyə hazır olduğunu bir daha təsdiqlədiyini bildirib.

    O, eyni zamanda Niderlandın Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyü yolunda dəstək vermək niyyətini ifadə etdiyini qeyd edib.

    Telefon danışığı zamanı Andriy Sibiqa həmkarını Ukraynadakı mövcud təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb və Ukraynanın enerji sektoruna göstərilən son yardım paketinə görə minnətdarlığını çatdırıb.

    Tərəflər ikitərəfli dialoqun cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar.

    “Biz Rusiyanın Ukraynaya qarşı törətdiyi təcavüz cinayətinə görə məsuliyyət daşımasını təmin etmək üçün Xüsusi Tribunalın yaradılmasının irəliləməsinə xüsusi diqqət yetirdik”, - Sibiqa qeyd edib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az