Bir neçə gün öncə “Real” Təhlil-İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev qonaq olduğu verilişdə ANS haqda açıqlama verərək “Mən ANS-də çalışmamışam, mən ANS çalışmışam; mən ANS-də işləməmişəm, mən ANS işləmişəm; mən ANS-də olmamışam, mən ANS olmuşam” deyə bildirib.
Mirşahinin bu açıqlaması ictimaiyyətdə müzakirələrə səbəb olub. Manset.az ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevin fikirlərini öyrənmək üçün onunla əlaqə saxlayıb.
O, Mirşahinin açıqlamalarına cavab verə bilməyib, əsəbiləşərək telefonu söndürüb.