Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən "Cənnət yuxusu" adlı bədii-sənədli film çəkilib.
Manset.az xəbər verir ki, ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.
Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.
Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.
Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun "Zabul-Segah" simfonik muğamından istifadə edilib.
Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.
Qeyd edək ki, "Cənnət yuxusu" filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.
Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
"Cənnət yuxusu" filminin premyerası keçirildi - FOTOLAR
10:42 - 12 Mart 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
18 Aprel 2026 - 11:07
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
18 Aprel 2026 - 16:12
“Ege Hospital”da ÖLÜM - Araşdırma başladı
17 Aprel 2026 - 21:43
Prezident ailəsi ilə Antalyada tədbirdə - FOTOLAR - YENİLƏNİB
18 Aprel 2026 - 13:27
Lavrov Antalyada Foruma gəldi - Əli Vəliyevin sualından yayındı / VİDEO
17 Aprel 2026 - 20:16
Azərbaycanda ağır QƏZA - Ölən var
17 Aprel 2026 - 23:30
Allergiyası olanların NƏZƏRİNƏ
17 Aprel 2026 - 23:38
“Blok imtahanında iştirak etməyi planlaşdırmıram” - 300 bal yığan Aydın
18 Aprel 2026 - 11:51
Bu qurumlar birləşdirildi
18 Aprel 2026 - 15:46
Hakan Fidan Forumda jurnalistlərin izdihamına məruz qaldı - VİDEO
17 Aprel 2026 - 22:55
Birinci xanımlar Antalya Forumunda - FOTO
17 Aprel 2026 - 21:16
Portağal şirəsindən daha faydalı imiş
17 Aprel 2026 - 23:20
Unutqanlıq ciddi xəstəliklərin ilk əlaməti ola bilər
Xəbər xətti
- 18 Aprel 2026
- 20:08 İranda 50 gündür internet yoxdur
- 19:42 Kürdə su artdı - Nasos stansiyaları dayandırıldı
- 19:29 TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirildi
- 19:16 Bakıda avtomobildən oğurluq edən şəxs saxlanıldı
- 18:54 19 yaşlı oğlan 36 yaşlı kişini bıçaqladı
- 18:31 Keçmiş mətbuat katibi vəfat etdi - FOTO
- 18:16 Xırdalanda qətl hadisəsi - Şübhəli saxlanıldı - YENİLƏNİB
- 17:56 Bakıda 556 küçə yuyuldu - FOTOLAR
- 17:43 "Karvan-Yevlax" ardıcıl 2-ci qələbəsini qazandı
- 17:34 "Azərbaycanla müxtəlif sahələrdə hədəflərimiz var"
- 17:14 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub
- 16:51 "Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq" - Cevdet Yılmaz
- 16:34 Mehriban Əliyeva qızı ilə Antalyada panelə qatıldı - FOTOLAR
- 16:12 “Ege Hospital”da ÖLÜM - Araşdırma başladı
- 15:46 Hakan Fidan Forumda jurnalistlərin izdihamına məruz qaldı - VİDEO
- 15:31 "İran hələlik ABŞ ilə növbəti danışıqlar raunduna razılıq verməyib"
- 15:16 Türkiyədə məktəbdə 2 şagirdi ildırım vuraraq öldürdü
- 14:54 Rəsmi Tehran Azərbaycanın İrana dəstəyini yüksək qiymətləndirir
- 14:46 Ceyhun Bayramov NATO rəsmisi ilə müzakirə apardı
- 14:27 Hakan Fidan Lavrovla görüşdü
- 14:14 Bakıda qadın sirkə turşusundan zəhərlənib öldü
- 13:55 Bank borcunu ödəməyənlərlə bağlı YENİ QAYDA
- 13:38 İran hava məkanında yeni qaydalar
- 13:27 Lavrov Antalyada Foruma gəldi - Əli Vəliyevin sualından yayındı / VİDEO
- 13:04 Bazar günü hava necə olacaq?
- 12:52 Şirvanda 3 nəfər narkotikə görə həbs edildi
- 12:35 İlham Əliyevin Türkiyəyə səfərindən görüntülər - VİDEO
- 12:27 Küləklə bağlı əhaliyə MÜRACİƏT
- 12:08 Bakıda 3 yaşlı körpə binadan yıxılaraq öldü
- 11:55 Maşını hasara çırpdı, sıxılıb içində qaldı - VİDEO
- 11:51 Bu qurumlar birləşdirildi
- 11:38 "Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir" - Vüqar Rəhimzadə
- 11:22 ADY Şimal-Cənub dəhlizində irimiqyaslı modernləşdirilmə layihəsinə başlayır
- 11:07 General Müşfiq Məmmədov vəzifəsindən azad edildi
- 10:45 Orta məktəbdə yanğın oldu
- 10:27 "Barselona"dan "Atletiko"ya TƏKLİF
- 10:07 Lənkəranda ağır QƏZA - 7 nəfər yaralandı
- 10:00 Qatarlar artıq Kürdəmirdə də dayanır - 1 saat tez
- 09:46 Azərbaycan neftinin qiyməti azaldı
- 09:27 "Razılaşma uğursuz olsa, İran yenidən bombalana bilər" - Tramp
- 09:10 85 yaşlı kişini maşın vurub öldürdü
- 09:00 Azərbaycan və Aİ yeni ikitərəfli sazişi müzakirə etdi - FOTOLAR
- 08:30 Azərbaycanda alça bağlarında dəhşətli xəstəlik yayıldı - VİDEO
- 08:00 Qaraciyərə zərər verən 3 vərdiş
- 01:30 Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər
- 00:30 "Çelsi" Kaysedo ilə müqaviləni uzatdı
- 00:02 Başlıbel qətliamından 33 il ötür
- 17 Aprel 2026
- 23:51 Gəmilərin Hörmüzdən keçidi üçün yeni qaydalar müəyyənləşdirildi
- 23:47 Gündə 2-3 fincan qəhvə içməyin müsbət təsiri - Araşdırma
- 23:38 “Blok imtahanında iştirak etməyi planlaşdırmıram” - 300 bal yığan Aydın
- 23:30 Allergiyası olanların NƏZƏRİNƏ