Vladimir Zelenski bildirib ki, bu gün ABŞ prezidenti Donald Trampla telefon danışığı planlaşdırılıb.
Manset.az TASS-a istinadən xəbər verir ki, onlar ABŞ lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar zamanı əldə olunan razılaşmaları müzakirə edəcəklər.
"Mən bu gün prezident Trampla təmasda olacağam. Bu gün onunla növbəti addımların təfərrüatlarını müzakirə edəcəyik. Ciddədə komandalarımızın həqiqətən yaxşı görüşü oldu. Düşünürəm ki, Putinlə söhbətinin təfərrüatlarını ondan eşidəcəm".