Minik avtomobili "KamAz"la toqquşdu - Ölənlər var

09:30 - 06 May 2025

Minik avtomobili \"KamAz\"la toqquşdu - Ölənlər var

Bakıda minik avtomobili "KamAz" markalı yük avtomobili ilə toqquşub.


Manset.az xəbər verir ki, hadisə mayın 3-də Qaradağ rayon ərazisində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsmayılov Elçin Rasif oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə 1990-cı il təvəllüdlü Kəlpəliyev Anar Həmidağa oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobili toqquşub.

Nəticədə “Toyota Prius” markalı avtomobilin sürücüsü 1989-cu il təvəllüdlü E.İsmayılov və həmin maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq C.Dəmirqayayev ötən gün müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az