"Laçında həlak olan hərbçilər Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək" İH-nin birinci müavini

15:22 - 29 İyun 2021

Laçın rayonunda həlak olan ordumuzun hərbi qulluqçuları Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Bu barədə Manset.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyəti baççısının birini müavini Teymur Səmədov bildirib.

"Ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu bu gün saat 17:00 da Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Şəhidlərin yaxınları, əzizləri, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edəcək."

 

Qeyd edək ki, iyunun 28-də Laçın rayonu ərazisində "KamAZ" markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

 

Əli VƏLİYEV

 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin