Azərbaycanın qırıcı təyyarələri "düşmən"ə zərbələr endirdi - VİDEO

16:28 - 29 İyun 2021

Azərbaycanın qırıcı təyyarələri

Müxtəlif ölkələrdən olan uçuş heyətlərinin iştirakı ilə Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotları növbəti tapşırığı icra edib.

Bu barədə Manset.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan HHQ-nin hərbi pilotları lazer müşahidə cihazları ilə şərti düşmənin yerüstü hədəflərinin aşkar edərək onlara zərbələr endirib və hava döyüşlərinin aparılması üzrə tapşırıqları icra ediblər.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin