Müğənni Vüsal Əliyev özünə yeni restoran açıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park Plyusda yerləşən restoran "Green Floor" adlanır. Restoranın açılışı bu gün edilib və bir çox məşhurlar açılışa axın edib. Restoranda Vüsal Əliyev gələn qonaqlara öz ifalarını canlı təqdim edəcək.