Azərbaycanda yazıçı-tənqidçinin telefonu oğurlandı

09:51 - 5 Mart 2022

Azərbaycanda yazıçı-tənqidçinin telefonu oğurlandı

Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, “Azərbaycan” jurnalının baş redaktorunun müavini, yazıçı-tənqidçi Əsəd Cahangirin mobil telefonu oğurlanıb.

Manset.az xəbər verir ki, bu barədə o, Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda qeyd edib.

“Mobil telefonum oğurlanmışdı. Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsində qəbul edildim. Telefonum qısa zaman kəsiyində tapılaraq mənə qaytarıldı. Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdaram”, - Ə.Cahangirov məktubunda bildirib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin