Rusiya Finlandiyanın qazını da kəsir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiyanın dövlət qaz şirkəti Gasum Rusiyanın mayın 21-də (sabah) Moskva vaxtı ilə saat 07:00-da Finlandiyaya qaz nəqlini dayandıracağını bildirib:
“Cümə günü, mayın 20-də “Qazprom Export” şirkəti mayın 21-i yerli vaxtla saat 04:00-da “Qasum” şirkəti ilə imzalanmış tədarük müqaviləsi çərçivəsində Finlandiyaya təbii qaz nəqlini dayandıracağını açıqlayıb”.
Şirkət qeyd edib ki, "Baltic Connector" boru kəməri ilə Finlandiyaya digər mənbələrdən qaz tədarükünü davam etdirəcək.