Sumqayıtda müəllim dərs zamanı vəfat etdi

19:00 - 18 Oktyabr 2022

Sumqayıtda müəllim dərs zamanı vəfat etdi

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

 

Manset.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib.

Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.

Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin