Hacıqabulda avtomobil kanala düşdü: ölən və yaralanan var

21:46 - 18 Oktyabr 2022

Hacıqabulda avtomobil kanala düşdü: ölən və yaralanan var

Hacıqabulda ata və oğlun olduğu avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Abdulabad kəndidə qeydə alınıb.

Rayonun Kolanı kənd sakini, 1996-cı il təvəllüdlü Ağayev Azad Əlizamin oğlunun idarə etdiyi “VAZ-2106” markalı avtombil yoldan çıxaraq kanala aşıb. Nəticədə avtobildə olan sərnişin - sürücünün atası, Kolanı kənd sakini, 1958-ci il təvəllüdlü Ağayev Əlizamin Soltan oğlu avtomobilin içində boğularaq hadisə yerində ölüb. Qəza zamanı xəsarət alın sürücü Şirvan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin