"Togg"un test sürüşündə qorxulu anlar: Fülya Öztürkün halı pisləşdi - VİDEO

22:40 - 3 Noyabr 2022

Ötən həftə sınaqdan keçirilən Türkiyənin yerli avtomobil markası "Togg" əvəzedilməz özəllikləri ilə hər kəsi təəccübləndirməyə davam edir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 100 kilometri 4,7 saniyəyə qət edən "Togg"un test sürüşünün sükanına keçən Sənaye və Texnologiya naziri Mustafa Varank yanında oturan müxbirlə çətin anlar yaşayıb.

Bəs bu avtomobilin xüsusiyyətləri nədir?

CNN müxbiri Fulya Öztürk Sənaye və Texnologiya naziri Mustafa Varankla sınaq sürüşünə qatılıb. Kameralarla lentə alınan test-drayvda maraqlı anlar yaşanıb. Avtomobilin xüsusiyyətlərini açıqlayan nazir Varank qazı basaraq müxbirə qorxu dolu anlar yaşadıb.

Testdravydan sonra qorxulu anlar yaşayan Fulya Öztürkün halı pisləşib.

Qeyd edək ki, "Togg" avtomobili oktyabrın 29-u prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi olaraq nümayiş etdirilib.
 

 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin