İsrail razılaşmaya əməl edəcəyi təqdirdə, İran atəşkəsi pozmayacaq.
Manset.az APA-ya istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian Malayziyanın Baş naziri Ənvər İbrahimlə telefon danışığında deyib.
“Biz dialoq aparmağa və danışıqlar masası arxasında İran xalqının haqlarını müdafiə etməyə hazırıq”, - deyə Pezeşkian vurğulayıb.
Qeyd edək ki, İran və İsrail arasında iyunun 13-dən bəri davam edən hərbi toqquşma bu gün elan olunan atəşkəslə başa çatıb.