Sertifikasiya nəticələrindən narazı olanların NƏZƏRİNƏ

20:44 - 24 İyun 2025

Sertifikasiya nəticələrindən narazı olanların NƏZƏRİNƏ

İyunun 24-də təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin 4-cü günü yekunlaşıb.


Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Test imtahanları 18 şəhər üzrə 39 imtahan mərkəzini əhatə edib. İmtahanda 5 945 nəfər müəllim iştirak edib, 97% davamiyyət qeydə alınıb.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən başlanılacaq.

Müəllimlər proseslə bağlı müraciətləri portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az