"Qışqırmaqla problem həll edilmir" - Nazir

15:48 - 24 İyun 2025

\"Qışqırmaqla problem həll edilmir\" - Nazir

"Bu gün bizim ən böyük davamız Azərbaycan dili və ədəbiyyat fənnindən sualların çətinliyi ilə bağlı narazılıqdır".


Manset.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən deyib.

O qeyd edib ki, suallar çətindir və 200 müəllim narazıdır deyirlər.

"Narazıdırlar müraciət etsinlər aydınlaşdıraq. Qışqırmaqla problem həll edilmir. Mənə bununla bağlı heç kim müraciət etməyib. Mənə edilən müraciət müəllimin saat hesabı ilə bağlıdır əsasən", - deyə o əlavə edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az