"İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb" - General-mayor

14:52 - 24 Noyabr 2022

\"İndiyədək Sarıbaba yüksəkliyində 1300-dən çox mina aşkarlanıb\" - General-mayor

"İndiyə qədər Sarıbaba yüksəkliyində qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılan 1300-dən çox mina aşkarlanıb".

 

Manset.az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Ordusunun general-mayoru Münasib Babayev Azərbaycanda akkreditə olunan xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələrini məlumatlandırarkən deyib.

"Hazırda Sarıbaba yüksəkliyindəyik. Burada düşmən tərəfindən basdırılmış minalar var. Həmin minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və bu ölkənin silahlı qüvvələrinə aiddir. Burada 350-dən artıq mina var", - o bildirib.

General-mayor söyləyib ki, qanunsuz erməni silahlıları Sarıbabada hətta tank əleyhinə belə minalar basdırıblar: "Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin dəvətinə əsasən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinin rəhbəri general-mayor Fatih Akpınar və Rusiya kontingentinin rəhbəri kontr-admiral Oleq Semyonov ərazidə olublar. Onların razılığı ilə mühəndis qoşunlarının qarşılıqlı təmizləmə işinin aparılması məqsədilə sabah da sülhməramlıların nəzarəti altında digər basdırılan minaların təmizlənməsi işləri davam etdiriləcək".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az