Türkiyənin tanınmış sənətçisi Orxan Gencebayın səhhəti pisləşib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi yüksək hərarət şikayəti ilə xəstəxanaya yerləşdirilib.
81 yaşındakı Gencebayın Covid-19 keçirdiyi şübhəsi ilə nəzarət altına alındığı bildirilib.
Müğənninin müalicə edildiyi, xəstəxanaya yatışının isə ehtiyat məqsədilə həyata keçirildiyi qeyd edilib.
Gencebayın müalicəsi xəstəxanada davam edərkən həyat yoldaşı Sevim Emre, ailəsi və yaxınları sənətçini yalnız buraxmadıqları bildirilib.