Teylor Sviftin pişiyinin 97 milyon dollar sərvəti var

09:03 - 05 Yanvar 2023

Teylor Sviftin pişiyinin 97 milyon dollar sərvəti var

Sahibi müğənni Teylor Svift olan Oliviya Benson adlı pişiyin sərvəti 97 milyon dollar dəyərində qiymətləndirilir.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Skottiş Fold cinsindən olan pişik dünyanın üçüncü ən zəngin ev heyvanı sayılır.

Bildirilir ki, o, sahibi ilə birlikdə bir neçə klipdə çəkilməklə, öz məhsul xəttini yaratmaqla və böyük büdcəli reklamlarda yer almaqla var-dövlət qazanıb.

Qeyd edək ki, ən zəngin ev heyvanları siyahısında birinci yeri alman Gunter VI tutur. Onun sərvəti təxminən 690 milyon dollar dəyərində qiymətləndirilir. İkinci sırada “Instagram” ulduzu, 100 milyon dollar qazanan pişik Naladır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az