Qana Prezidenti Azərbaycana gəldi
10 Noyabr 2024
23:38 - 9 Yanvar 2023
Yanvarın 9-u Biləsuvar rayon sakini, 1967-ci il təvəllüdlü Zakir Tağıyevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Manset.az-a Biləsuvar rayon prokurorluğundan məlumat daxil olub.
Qeyd olunub ki, ilkin araşdırma zamanı Zakir Tağıyevin 9 yanvar saat 16 radələrində 3 nəfərlə birgə Biləsuvar rayonunda yerləşən “Şəhriyar” adlı əraziyə ova getməsi və həmin vaxt orada olan şəxslərdən biri tərəfindən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
***17:57
Biləsuvarda ova gedən şəxslərdən biri digərini ehtiyatsızlıqdan güllələyib.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Şəhriyar qalası kimi tanınan tarixi ərazidə baş verib. Belə ki, ova gedən şəxslərdən biri ehtiyatsızlıqdan əlindəki tüfənglə atəş açıb. Tüfəngin seçmələri onunla birlikdə ova gedən tanışına dəyib. Sonuncu hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, bu gün saat 17 radələrində 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin