Bu halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur

01:30 - 10 Noyabr 2024

Bu halda kasko sığorta edilən avtomobilə görə yüz faiz ödəniş olur

Kasko sığortası olan avtomobilə 70-75 faiz zərər dəydikdə belə onun dəyəri tam ödənilməlidir.

 

Manset.az Xəzər TV-yə istinadən bildirir ki, avtomobillərin kasko sığortası günü-gündən populyarlaşır. Xüsusilə yeni model və nisbətən bahalı avtomobillər üçün bu sığorta məhsulunu alanlar az deyil. Sığorta ekspertləri bildirirlər ki, kasko sığorta zamanı bağlanan müqavilənin bəndləri iki tərəfin də razılığı əsasında müəyyən edilməlidir. Avtomobil sahibi razılaşma əsasında kasko sığorta ilə bir çox risklərdən öz mülkünü qoruya bilər. Tövsiyə edilir ki, mütləq könüllü sığorta məhsulu alan şəxs müqavilənin şərləri ilə tanış olsun.

Bəs sığorta şirkəti qəza zamanı hansı hallarda avtomobilin dəyərini tam şəkildə sahibinə ödəməlidir? Həmçinin bu vaxt qəzaya düşən avtomobilin sığorta şirkətinin öhdəliyinə verilməsi prosesi necə həyata keçirilir?

Ekspert Vüsal Bədəlov deyir ki, xüsusilə yüngül qəzalarda kasko sığorta ilə avtomobilə dəyən zərər tam qarşılanır. Qəza ağır olan zaman da sığorta şirkəti maşına dəyən ziyanı tam şəkildə ödəməlidir. Bunun üçün sığorta qanunvericiliyində konkret şərtlər var.

Ekspertin sözlərinə görə, bəzi hallarda isə kasko sığortası olan avtomobilə ödənişdən imtina edilə bilər.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin