Bu ölkə Ukraynaya artilleriya silahı verəcək

23:33 - 10 Yanvar 2023

Bu ölkə Ukraynaya artilleriya silahı verəcək

İsveç Ukraynaya “Archer” özüyeriyən artilleriya qurğuları göndərəcək.

 

Manset.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Tobias Bilstrom məlumat verib.

O, göndəriləcək artilleriya qurğularının sayını və nə vaxt göndəriləcəyini açıqlamayıb.

Bilstrom bildirib ki, Ukrayna Qərbdən daha çox hücum silahı almalıdır.

Diplomat “Expressen” jurnalına müsahibəsində Ukraynaya “Archer” qurğularının verilməsi qərarını təsdiqləyib.

Onun sözlərinə görə, hazırda məsələ Stokholmun silahı göndərib-göndərməməsi deyil, onun nə vaxt göndərməsidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az