Akif Təvəkküloğlu işdən çıxdı - Daha yüksək vəzifəyə təyin edildi

10:17 - 13 Yanvar 2023

Akif Təvəkküloğlu işdən çıxdı - Daha yüksək vəzifəyə təyin edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, qurumun rəsmisi Əməkdar jurnalist, 2-ci dərəcə dövlət müşaviri Akif Təvəkküloğlu başqa bir yerdə daha yüksək vəzifəyə təyin olunduğuna görə işdən çıxıb. Akif Təvəkküloğlu Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri təyin edilib.

 

O saytımıza açıqlamasında məlumatı təsdiq edib.

Bildirək ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovdur.

 

Qeyd edək ki, Əməkdar jurnalist Akif Təvəkküloğlu uzun illər AZTV-də işləyib. 2006-2020-ci illər isə Milli Məclisin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. Daha sonra Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiyyətlə ələqələr şöbəsinin müdiri təyin edilib. O fəaliyyəti dönəmində jurnalistlərə və mətbuata açıq olması ilə seçilib.

 

Əli VƏLİYEV

Manşet.az

 

 

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az