İqtisadi cəhətdən çətin anlar yaşayan Livanda enerji böhranı yaranıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dövlətin gündə cəmi 1 saat elektrik enerjisi verdiyi ölkədə vətəndaşlar qalan vaxtlarda çox baha başa gələn enerji ehtiyaclarını generatorlardan təmin edirlər.
Livanın Energetika və Su Ehtiyatları Naziri Valid Fəyyad vətəndaşların gündə 4 saat elektrik enerjisi ilə təmin edilməsi üçün 600 milyon dollarlıq büdcəyə ehtiyac olduğunu bildirib.
Manşet.az