Yanvarın 24-ü xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan XİN-dən Manset.az-a bildirilib.
Səfər çərçivəsində, həmçinin Ceyhun Bayramovun yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.