Ötən il bağlı qalan 17 qəsdən adam öldürmə cinayətinin üstü açılıb – Baş Prokuror

22:36 - 27 Yanvar 2023

Ötən il bağlı qalan 17 qəsdən adam öldürmə cinayətinin üstü açılıb – Baş Prokuror

2022-ci ildə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 17 qəsdən adam öldürmə cinayəti açılıb.

 

Manset.az xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev Yanvarın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2022-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılması təmin edilməklə onlardan 14-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün məhkəməyə göndərilib.

2022-ci ildə də davam etdiyi, əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə qeydə alınmış 36.494 cinayətin 88,2%-nin açılması təmin olunmuş, bu cinayətlərin 95,2%-nin prokurorluq və daxili işlər orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil etdiyi bildirilib.

Hesabat dövründə ölkə üzrə cəmi 19591 cinayət işinin ibtidai istintaqının tamamlanmaqla 15772 cinayət işinin ittiham aktları ilə məhkəmələrə göndərilməsi təmin edilmiş, bunlardan 914-ü prokurorluq orqanlarında isintaq edilib.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin