Britaniya Xarici İşlər Nazirliyi, İngiltərənin bu axşam Türkiyəyə 76 axtarış-xilasetmə mütəxəssisi, 4 axtarış iti və xilasetmə avadanlığı göndərəcəyini bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlikdən verilən açıqlamada, "Biz xilasetmə işlərinə kömək etmək üçün dərhal Türkiyəyə 76 nəfərlik təcili yardım qrupu göndəririk" – bildirilib.
Dövlət katibi Ceyms Kleverli açıqlamasında "Biz lazım gəldikdə əlavə dəstək verməyə də hazırıq" – deyib.
Manşet.az