Türkiyəli aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlunun narkotik testlərinin nəticələri açıqlanıb.
Manset.az xəbər verir ki, aparılan müayinələr zamanı hər iki sənətçinin dərman testinin nəticəsi mənfi çıxıb.
Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra ev dustaqlığına buraxılan tanınmış aktyor Oktay Kaynarca “Test nəticəsi yetərli cavab olacaq” deyə açıqlama vermişdi.