Ərzurumda mebel müəssisəsində partlayış - Ölənlər var

18:15 - 17 Yanvar 2026

Ərzurumda mebel müəssisəsində partlayış - Ölənlər var

Ərzurumun Yakutiye rayonunun sənaye sahəsində yerləşən mebeli istehsalı ilə məşğul olan müəssisədə partlayış baş verib, iki nəfər ölüb.


Manset.az xəbər verir ki, bu barədə Haber Global məlumat yayıb.

Qeyd olunub ki, əraziyə çox sayda polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasetmə qrupları hadisə zamanı içəridə qalan 8 nəfəri xilas edərək xəstəxanaya çatdırıb. Onlardan ikisi həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az