Neftimizin yeni QİYMƏTİ

10:59 - 17 Yanvar 2026

Neftimizin yeni QİYMƏTİ

Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb.


Manset.az xəbər verir ki, “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,25 ABŞ dolları və ya 1,8% artaraq 70,54 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 69,29 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az