Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə köməyə yollanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində dağıntılar altında qalmış uşağın (qız) meyitini çıxarıb.
Manset.az-ın xəbərinə görə, FHN-in xilasediciləri Azərbaycan bulvarı küçəsindəki binaların birində dağıntılar altında qalmış 7-8 yaşlı qızın meyitini aşkarlayaraq, çıxarıb aidiyyəti üzrə təhvil veriblər.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Report