Azərbaycanda növbəti DƏHŞƏTLİ HADİSƏ - Xeyli sayda yaralı var

12:57 - 24 Fevral 2023

Azərbaycanda növbəti DƏHŞƏTLİ HADİSƏ - Xeyli sayda yaralı var

Sabirabad rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Reporta istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral yolunun rayonun Bulaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobus yük maşını ilə toqquşub.

Qəza zamanı 1955-ci il təvəllüdlü Hüseynova Cəmilə Məhərrəm qızı, 1998-ci il təvəllüdlü Zeynalov Elçin Xanlar oğlu, 1992-ci il təvəllüdlü Salayev Sübhan Etibar oğlu, 1973-cü il təvəllüdlü Əliyev Bərxudar Saleh oğlu və 1970-ci il təvəllüdlü Məmmədova Cəvahir Əliş qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin