Belarusun paytaxtı Minsk yaxınlığında Rusiyaya məxsus hərbi müşahidə təyyarəsinin belaruslar tərəfindən məhv edildiyi bildirilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Belarusun mühacirətdə olan müxalifət lideri Svetlana Tixanovskayanın baş müşaviri Franak Viacorka sosial mediada açıqlamasında bunları deyib: "Tərəfdarlarımız Minsk yaxınlığındakı Matçulişi aviabazasında nadir rus təyyarəsinin partladılması üzrə xüsusi əməliyyatın uğurlu keçdiyini təsdiqləyiblər. Bu, müharibənin başlanğıcından bəri "ən uğurlu təxribat əməliyyatı" kimi qiymətləndirilir”.
330 milyon avro dəyərində olan A-50 tipli müşahidə təyyarəsinə edilən hücumun PUA tərəfindən həyata keçirildiyi bildirilir.
Manşet.az