Dini parad ilk dəfə robot fillə keçirildi

15:25 - 1 Mart 2023

Dini parad ilk dəfə robot fillə keçirildi

Hindistanın cənubundakı Kerala əyalətində bir məbəddə əvvəllər canlı fillə keçirilən dini parad ilk dəfə robot fillə keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, uzunluğu 3 metr 20 santimetr, çəkisi 800 kq olan, əsl fil boyda olduğu bildirilən robot fil dəmir skeletin üzərinə rezin örtülməklə hazırlanıb. Onun hərəkət etməsi üçün motordan istifadə edildiyi və canlı fil görünüşünə malik olduğu bildirilib.

Keçirilən dini mərasimdə istifadə edilən robot filin xərcini beynəlxalq heyvan hüquqları müdafiəçisi PETA qarşılayıb.

PETA, robot filin məbəddəki mərasimlərin daha təhlükəsiz və daha az zərərsiz şəkildə keçirilməsini təmin edəcəyini, beləliklə də bağlı saxlanılan fillərin reabilitasiya səylərini dəstəkləyəcəyini açıqlayıb.

Manşet.az


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin