"Sabah" "Kəpəz"ə qalib gəldi

21:21 - 04 Mart 2023

\"Sabah\" \"Kəpəz\"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, günün ikinci matçında "Sabah" "Kəpəz"i qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib. 40-cı və 90+4-cü dəqiqədə Aleksey İsayev fərqlənib.
17-ci dəqiqədə qonaqların heyətində Abdullahi Şuaybu qırmızı vərəqə alaraq meydandan qovulub. 90+6-cı dəqiqədə "Sabah"dan Anatoli Nuriyev ikinci sarı vərəqəni görərək eyni aqibəti yaşayıb.

Bu nəticədən sonra xallarının sayını 56-ya çatdıran "Sabah" ikinci pillədə qərarlaşıb. Gəncə təmsilçisi 20 xalla səkkizinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sumqayıt" "Səbail"i minimal hesabla üstələyib - 1:0. "Zirə” və "Şamaxı” arasında keçirilmiş turun açılış oyununda 2:2 hesablı heç-heçə qeydə alınıb. Martın 5-də baş tutacaq matçlarda "Qəbələ” "Qarabağ”ı, "Neftçi” isə "Turan Tovuz”u qəbul edəcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv